“Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. 

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından bu komandada çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.