"Qarabağ"dan yeni transfer?
- 26 Avq 2020 12:00
- 1416
Sabah Çempionlar Liqasında «Şerif»lə II təsnifat mərhələsinin oyununa çıxacaq «Qarabağ» növbəti transferini gerçəkləşdirib.
Rekord.az sportinfo.az-a istinadən Bolqarıstandan olan tanınmış idman jurnalistlərindən birinin Sportinfo.az-a verdiyi məlumata görə, Azərbaycan çempionu Patrik Andrade ilə anlaşıb.
Cabo Verdedən olan mərkəz yarımmüdafiəçisi ya bu gün axşam, ya da sabah Ağdam təmsilçisi ilə müqavilə bağlamalıdır.
27 yaşlı futbolçu «Qarabağ»a 2018-ci ildən şərəfini qoruduğu «Çerno More»dən gəlib. O, bu müddət ərzində Bolqarıstan klubunun aparıcı simalarından biri olub.
Varna klubunda 49 oyuna 5 qol vurub. Hücumameylli oyunçu ümumiyyətlə, peşəkar futbol həyatına ölkəsində – «Sportinq Prata»da başlayıb. Onun karyerası əsasən Portuqaliya ilə bağldır.
Adıçəkilən ölkədə «Ribeyrão», «Yoan»,«Moreyrense», «Famalicão» və «Salgueyros»un şərəfini qoruyub.