Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun hücumçusu Stefan Curiç sportal.az-a açıqlama verib.

Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu "Qarabağ"ı cütün favoriti hesab edir:

"Fikrimcə, maraqlı oyun olacaq. "Qarabağ" çox böyük klubdur və bu matçda favorit olacaqlar. Ancaq nə baş verəcəyini birgə görəcəyik.

"Qarabağ"ın ötən mövsüm Avropa Liqasındakı matçlarını izləmişdim. Çox böyük klubdur. Rəqibimiz əla təşkilatlanmış komandadır. Lakin 90 dəqiqədə hər şey mümkündür. Nə olacağını yaşayacağıq".

1-ci təsnifat mərhələsinin oyunları avqustun 18-19-da keçiriləcək. "Qarabağ" "Sileks"i Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.