![photo](https://www.rekord.az/storage/uploads/5/367471203-843838843777818-4720354864381010295-n.jpg)
“Qarabağ”ı dəstəkləmək istəyən azarkeşlər üçün 20 avroluq 626 bilet
- 15 Avq 2023 13:30
- 255
Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HJK (Finlandiya) - “Qarabağ” matçında Azərbaycan çempionunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komanda üçün ayrılmış 626 ədəd bilet oyun günü - avqustun 17-də yerli vaxtla 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Bolt Arena"da, 9-cu qapının yaxınlığında satılacaq.
113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur.
Qeyd edək ki, bilet satışını meydan sahibi HJK klubu həyata keçirir.