Bolqarıstanın “Ludoqorets” klubunun yarımmüdafiəçisi Deroy Duarte Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Razqradda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun – 2:1) haqda danışıb.

Rekord.az “sportal.bg”-yə istinadən xəbər verir ki, kabo-verdeli oyunçu çətin oyun olacağını bildirib:

“Çətin oyun olacaq. Təbii ki, “Qarabağ” çox güclü komandadır. Lakin bizim doğma meydanımızda üstünlüyümüz olur. Bu rəqibi yenidən məğlub etmək üçün kifayət qədər keyfiyyətli heyətimiz var. Heç nə asan başa gəlmir və biz bunu çox yaxşı bilirik. Çox çalışdıq və özümüzə güvənirik”.

“Ludoqorets” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.