"Qarabağ"ı Türkiyə klubuna dəyişən futbolçu: "Mənim üçün xüsusi gündür"
- 09 Avq 2021 16:17
- 635
Qarabağ"ın "Ankaragücü"nə icarəyə verdiyi forvard Kvabene Ovusu şəxsi instaqram səhifəsində keçidi ilə bağlı yazıb.
Rekord.az xəbər verir ki, qanalı hücumçu Ankara təmsilçisinə keçidi barədə bunları qeyd edib:
"Mənim üçün xüsusi gündür. Həqiqətən də "Ankaragücü" kimi böyük klubdakı macəramı səbirsizliklə gözləyirəm".
Afrikalı Türkiyədə icarə əsasında çıxış edəcək. Onun sözləşməsi 1 illikdir.
Ötən mövsümün sonunda Superliqanı tərk edən "Ankaragücü" 2021/22 mövsümündən TFF-I Liqada mübarizə aparacaq.
“Qarabağ” 24 yaşlı afrikalını 2019-cu ildə İspaniyadan - “Kordobo”dan gətirib. O, Ağdam təmsilçisində 44 oyuna 9 qol vurub.
Ovusu Türkiyə klubunda 15 min dollar maaş alacaq. “Ankaragücü” yenidən Superliqaya qayıdarsa, Ovusunun hesabına dahaa 100 min dollar bonus əlavə olunacaq.