“Qarabağ”ın 2 futbolçusu və məşqçisi UEFA tərəfindən cəzalandırıldı
- 01 Mar 2024 14:20
- 252
UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna onun "Braqa"ya qarşı Bakıdakı matçda qırmızı vərəqə alması səbəb olub (2 sarı vərəqə).
23 yaşlı müdafiəçiyə 1 oyunluq cəza verilib. Həmin matçda qırmızı vərəqə alan "Qarabağ"ın məşqçisi Elçin Rəhmanova da 1 oyunluq cəza təyin olunub.
Cəfərquliyevlə Rəhmanov "Bayer"ə (Almaniya) qarşı Bakıda keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxmalı olacaqlar. Bu oyunu "Qarabağ"ın başqa bir futbolçusu - Julio Romao da buraxmalı olacaq. Braziliyalı yarımmüdafiəçi "Braqa" ilə matçda sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.