“Qarabağ” gələn ildən öz uşaq akademiyasını qurmaq üçün addımlar atmağa başlayıb.

 

“Rekord.az” xəbər verir ki, artıq məkan da bəllidir. 


Akademiyanın Bakıda, Qaraçuxur ərazisində tikilməsi nəzərdə tutulub. Yerli icra hakimiyyəti orqanları ilə görüş də olub, məsələlə müzakirə olunub və ilkin razılıq əldə edilib.