“Qarabağ”ın APOEL-lə oyunu slovaklara tapşırıldı
- 21 Okt 2019 18:40
- 930
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – APOEL oyununun hakimləri müəyyənləşib.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Filip Qlova olacaq. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Peter Ziemba yerinə yetirəcək.
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.