
"Qarabağ"ın Avstriyada növbəti günü FOTOLAR
- 23 İyn 2022 16:14
- 530
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Rekord.az xəbər verir ki, komanda əsasən fiziki çalışmalara diqqət yetirir.
Ağdam təmsilçisi burada 3 yoldaşlıq oyunu keçirəcək. İyunun 25-də Rumıniyadan "Botoşani" ilə qarşılaşacaqlar.
Növbəti oyunlar isə iyunun 29-da baş tutacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.