Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının “Mil” FK – “Ağsu Siti” matçının 35-ci dəqiqəsində “Mil”in futbolçusu Emin Şirinov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasının “İmişli” FK – “Araz” (Saatlı) matçının 70-ci dəqiqəsində “Araz”ın futbolçusu Elvin Bədirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 73-cü dəqiqəsində “Araz”ın futbolçusu Xəyal Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Qoşqar” UGİM-2 – “Şəki” FK matçının 49-cu dəqiqəsində “Qoşqar”ın futbolçusu Məsim Ələkbərov rəqibə qarşı ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

Region Liqasının “Alyans” FK – “TST Astara” matçının 76-cı dəqiqəsində “Alyans”ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Şıxlar” (Qobustan) – “Neftçala” matçının 77-ci dəqiqəsində “Şıxlar”ın futbolçusu Rövşən Heydərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 84-cü dəqiqəsində “Şıxlar”ın futbolçusu Raqif Şəbiyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasının “Qardaşlar” – “Uğur” matçında “Qardaşlar” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının NDU – “Kəngərli” matçının 60-cı dəqiqəsində “Kəngərli”nin futbolçusu Mirəli Seyidov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 80-cı dəqiqəsində “Kəngərli”nin futbolçusu Orxan Rüstəmov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Gənclər Liqasının “Sumqayıt” – “Səbail” matçının 85-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Rəhimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 90-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəlal Cəbrayılov rəqibi qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

Gənclər Liqasının “Qarabağ” FK – “Zirə” FK matçının 90+1-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nurəli Nurəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Qarabağ”ın baş məşqçisi Samir Musayev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-16 Liqasının “Mil-Muğan” – “İsgəndər Cavadov BFA” matçının 69-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Rüfət Rəhimzadə rəqibi qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-15 Liqasının “Kəpəz” – “Keşlə” matçının 62-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nihad Qəribov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Neftçi” İK İB – “Zirvə” (Xırdalan) matçının 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahmud Quiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Məqsəd Kursları” – “Keşlə” matçında “Məqsəd Kursları”nın futbolçusu Xanmirzə Şıxəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Ağsu” – UGİM (Göyçay) matçının 51-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Əkbər Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “TİM Gəncə” – “Kəpəz” matçının 50-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Hacıyev ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “İsgəndər Cavadov BFA” – “Sahil Futbol Akademiyası” matçının 50-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Məhəmməd Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Sahil Futbol Akademiyası”nın futbolçusu Səccad Vəlizadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Sahil Futbol Akademiyası”nın futbolçusu Elmir Əkbərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasının 8 №-li İOEUGİM – “Səbail” matçının 50-ci dəqiqəsində 8 №-li İOEUGİM-in futbolçusu Bəhlul Fərzəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-11 Liqasının “Səbail” – EFA matçı başa çatdıqdan sonra EFA klubunun baş məşqçisi Tağı Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının “Amasiya” – “White City” matçında “White City” komandasının heyətində yetər say limiti pozulduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.