“Qarabağ”ın “Bayer"lə səfər oyunu azarkeş sayına görə 6-cı oldu
- 28 Okt 2023 13:00
- 345
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Rekord.az xəbər verir ki, Almaniyada yerli “Bayer” və “Qarabağ” arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.
“BayArena”dakı görüşdə 29039 tamaşaçı olub.
Ən çox azarkeş isə “Olimpik” (Marsel, Fransa) – AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.
“Qarabağ” səfərdə rəqibinə 1:5 hesabı ilə uduzub.