Antalyanın Belek bölgəsində yağmış qar səbəbindən “Qarabağ”ın planında dəyişiklik baş verib.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu baş tutmayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klublar arasında razılığa əsasən, qarşılaşma hava şəraitinə görə ləğv edilib. Hazırda "Qloria Sport Arena"nın meydançası qardan təmizlənir.

Əlavə edək ki, “Qarabağ”ın bu gün Polşanın “Visla” (Krakov) klubu ilə yoxlama oyununun vaxtında dəyişiklik edilib. Görüş əvvəlcədən qeyd edildiyimi kimi 18:00-da yox, 15 dəqiqə tez - 17:45-də başlayacaq. İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.