Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bu oyuna 26500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.