"Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu bildirib:

"Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm Avropa Liqasında "Bayer" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik".

"Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.