"Qarabağ"la oynayanda onların 16 milyon avro büdcələri var idi, artıq iki dəfə çoxaldıblar".

Rekord.az xəbər verir ki, bu sözləri Malta Futbol Assosiasiyasının vitse-prezidenti Aleksandr Feneç deyib.

Federasiya rəsmisi klubların yeni gəlir mənbələri tapmalı olduqlarını və bunun üçün avrokubokların ən yaxşı vasitə olduğunu bildirib. O, "Qarabağ" və Belarusun BATE klublarını nümunə göstərib:

"Xaricdə klublar yayım hüquqları və oyun günləri vasitəsi ilə pul qazanırlar. Avrokuboklarda mərhələ adlamaq klublarımızın gəlirlərini artırması üçün ən yaxşı yoldu. Növbəti mərhələyə yüksələndə UEFA-dan pul alırsan və daha yaxşı oyunçu gətirmək üçün vəsaiti heyətə sərf edə bilərsən. Avropada bir neçə komandanı buna misal göstərmək olar. Klubumuz "Qarabağ"la oynayanda onların 16 milyon avro büdcələri var idi, artıq iki dəfə çoxaldıblar. Eyni vəziyyət BATE-yə də aiddir".

Feneçin sözlərinə inansaq, hazırda "Qarabağ"ın büdcəsi 32 milyon avro, yəni 64 milyon manat olmalıdır. Bu isə inandırıcı görünmür.

Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Bakıda 4:0, səfərdə isə 1:0 hesablı qələbə qazanıb.