“Qarabağ”ın ÇL-də növbəti rəqibi məlum oldu
- 31 Avq 2020 14:09
- 757
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminə saat 14:00-da start verilib.
Püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alıb. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaqdı. Bunlar “Molde”, “Midtyulland”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”su idi. Ağdam klubunun bəxtinə “Molde” düşüb. Azərbaycan çempionu növbəti rəqibini də doğma meydanda qəbul edəcək.
3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.