“Qarabağ”ın daha bir legioneri milliyə dəvət aldı
- 04 Okt 2021 19:30
- 938
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Rekord.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə mərhələ oyunları üçün yığmaya çağırılıb.
Kabo-Verde və Liberiya yığmaları arasındakı oyunlar oktyabrın 7-də və 10-da olacaq.
Daha əvvəl “Qarabağ”dan Marko Veşoviçin də Monteneqro millisinə çağırıldığı açıqlanmışdı.