"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Rekord.az Xorvatiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 20-də Zaqrebdə keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Avqustun 28-də Bakıda oynanılacaq cavab matçı isə saat 20:45-də start götürəcək.

"Qarabağ" pley-offa qədər "Linkoln" (Cəbəllütariq) və "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. "Dinamo" isə mübarizəyə birbaşa pley-offdan başlayacaq.