"Qarabağ"ın sabiq futbolçusu, hazırda Polşanın "Visla" klubunda çıxış edən Yakub Jeznikçak ölkənin “Pilkanozna.pl” portalına müsahibə verib.

Rekord.az xəbər verir ki, o, müsahibə zamanı Azərbaycanda keçirdiyi oyunları da xatırladıb.

33  yaşlı müdafiəçi  Polşa çempionatının matçları zamanı stadionun 25 faizinə azarkeşlərin buraxılmasına münasibət bildirərkən deyib: “Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşlərsiz oynadığımız matçlar olub.  Azərbaycanda görüşlər olub ki, tribunlarda bir ovuc azarkeş görünürdü, buna görə də öyrəşdim. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az azarkeş gəlirdi, buna görə də çox fərq olmayacaq”.

Jezniçak “Legiya” ilə 5, “Qarabağ”da 2 dəfə ölkə çempionluğu yaşaması ilə bağlı isə bunları deyib: “Belə bir söz var: İstedaddan daha çox nəticə. Deyə bilərəm ki, göstərilən istedaddan daha çox kubok qazandım. Əldə etdiyim şeylərdən çox məmnunam. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir".