İspaniyanin “Albasete” klubunda 21-ci əsrin ən yaxşı 11 futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, “5maseldescuento” nəşrinin keçirdiyi sorğuda “Qarabağ”ın futbolçusu da yer alıb.

Siyahıya salınan 40 futbolçudan biri “köhlən atlar”ın yarımmüdafiəçisi Xayme Romerodu.

2008/09-cu illərdə “Albasete”də çıxış edən ispan futbolçu, keçirdiyi 36 oyunda 3 qolla yadda qalıb.