“Qarabağ”ın futbolçusu “Ferents Puşkaş” mükafatına namizəd oldu
- 12:20
- 19
"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzya 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Benzya qarşılaşmada dubl (22, 70) müəllifi olub.