Ötən mövsüm “Qarabağ-2”-də çıxış edən Elvin Nəsibovun yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını yeni mövsümdə Birinci Liqada çıxış edəcək “İrəvan” klubunda davam etdirəcək.
   
Qeyd edək ki, “Qarabağ”ın yetirməsi bundan öncə “Zaqatala”, “Sumqayıt”, “Kəpəz” və MOİK-də də çıxış edib.