“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.

Kabo-Verde yığmasının Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da baş tutacaq.