“Qarabağ”ın futbolçusu Kamerun üzərində qələbəyə sevindi
- 27 Mar 2021 17:20
- 592
Futbol üzrə Kabo-Verde yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin də formasını geyindiyi sözügedən komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində Kamerunu qəbul edib.
Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Andrade də bu oyunun iştirakçısı olub. “Qarabağ”ın 28 yaşlı yarımmüdafiəçisi komandasının start heyətində meydana çıxıb və 71-ci dəqiqədə - hesab 3:1 olarkən əvəzlənib.
Kabo-Verde yığması bu qələbədən sonra yer aldığı F qrupunda7 xalla 2-ci sırada qərarlaşıb. Kamerun isə 10 xalla liderdir. Kabo-Verde yığması növbəti matçını martın 30-da səfərdə Mozambikə qarşı keçirəcək.