"Qarabağ"ın futbolçusu Liberiyaya qarşı oynadı
- 08 Okt 2021 14:47
- 439
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə bu gün keçirilən oyunda start heyətdə meydana çıxıb. O, 63-cü dəqiqədə əvəzlənib. Görüş Kabo-Verde millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu nəticədən sonra Kabo-Verde 4 xalla 2-ci pillədə qərarlaşıb. Nigeriya 6 xalla qrup lideridir.