"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisi ilə oyuna çıxıb.

Rekord.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsində Mərkəzi Afrika Respublikasına (MAR) qarşı səfər matçında iştirak edib. Görüş 1:1 hesabı ilə başa çatıb. 28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki,  Kabo-Verde millisi növbəti oyununu sentyabrın 7-i Nigeriyaya qarşı keçirəcək.