“Qarabağ”ın futbolçusu Zamiq Əliyevə komanda yoldaşı ola bilər
- 26 Dek 2024 17:00
- 60
"Qarabağ"ın futbolçusu Redon Cicanı heyətinə qatmaq istəyən klubların sayı get-gedə artır.
Rekord.az xəbər verir ki, Albaniyanın daha bir klubu 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Bu barədə balkanweb.com məlumat yayıb. Cicanın xidmətində "Eqnatiya" klubu maraqlıdır. Xəbərdə bildirilib ki, "Eqnatiya"nın qış transfer pəncərəsində almaq istədiyi futbolçulardan biri də Redon Cicadır. Bu komanda hazırda ölkə çempionatında 3-cü yerdədir.
Daha əvvəl isə "Partizani"nin hücumçunu heyətinə cəlb etmək istədiyini yazılmışdı. "Partizani" indi Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.
Qeyd edək ki, Cica bu ay Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.
O, bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 13 oyunda meydana çıxıb və 4 qol vurub.
“Eqnatiya”da azərbaycanlı müdafiəçi Zamiq Əliyev də çıxış edir.