“Qarabağ”ın futbolçusundan xeyirxah addım
- 22 Dek 2020 18:20
- 607
“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ölkəsində xeyriyyə matçı təşkil edəcək.
Rekord.az “haititempo.com” saytına istinadən xəbər verir ki, xeyriyyə matçı dekabrın 27-də təşkil ediləcək.
Oyundan əldə ediləcək vəsait ölkənin xəstəxanalarından birinə bağışlanacaq. Gerye, sayta açıqlamasında bu qərarı ilə bağlı bunları deyib:
“Ölkədə bəzi xəstələrin dərman ala bilməməsi məni bu qərarı verməyə vadar etdi. Bu insanlara kömək məqsədiylə belə addım atmağı seçdik. Oyuna radio və telekanalları da dəvət edəcəyik. 5-10 nəfərə deyil, çox sayda insana kömək etməyə çalışırıq”.