![photo](https://www.rekord.az/storage/uploads/5/ad2db89f-6008-315b-8c07-1a2384da6a68-850.jpg)
“Qarabağ”ın güclü tərəfləri çoxdur”
- 25 İyl 2023 14:15
- 360
Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 33 yaşlı mütəxəssis mətbuat konfransında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib.
O, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ”ın güclü tərəfləri çoxdur - yüksək pressinq, topla davranış, təkbətək mübarizə. Biz buna hazırıq. Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.
Şvarqa yanvarda Antalyada “Qarabağ”la yoxlama görüşü keçirdiklərini və 3:0 hesablı qələbə qazandıqlarını xatırladıb: “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.
İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.