Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, indiyə qədər 18700 bilet alınıb.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.