"Qarabağ"ın hədəfinfə olan braziliyalı
- 08 Okt 2020 12:00
- 847
“Xaur Fakkan”ın (Birləşmiş Ərəb Əmirlikləri) braziliyalı futbolçusu Bruno Lamas “Qarabağ”ın transfer gündəminə düşüb.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı 26 yaşlı yarımmüdafiəçinin özü ölkəsinin mətbuatına açıqlamasında verib.
Lamas bildirib ki, “Qarabağ”la yanaşı, “Fluminense”, “Vasko da Qama”, həmçinin digər ölkələrin bir neçə təmsilçisi onunla maraqlanıb.
Lakin hazırda müqavilə ilə məxsus olduğu Portuqaliya klubu “Santa-Klara” onu yenidən “Xaur Fakkan”a icarəyə verib.
Bu ilin yanvarında “Xaur Fakkan”ın icarə əsasında 6 aylıq heyətinə qatdığı futbolçu yenidən 1 il müddətinə eyni şərtlərlə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisində oynayacaq.
Hazırkı komandasında xoşbəxt olduğunu və ölkəyə tam uyğunlaşdığını söyləyən oyunçu gələcəkdə Avropaya qayıtmaq arzusunda olduğunu gizlətməyib.
Bruno Lamasın “Santa-Klara” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. Bizdə olan məlumata görə, “Qarabağ““Santa-Klara” ilə danışıqlar aparıb, fəqət tərəflər müqavilə şərtlərində ortaq məxcərə gələ bilməyib.
Belə ki, Portuqaliya klubu adıçəkilən pleymekeri Azərbaycan çempionuna icarəyə vermək yox, birdəfəlik satmaq istəyib. Yarım milyon avrodan yuxarı qiymətə. Ağdam təmsilçisi güzəşt gözləsə də, “Santa-Klara” bunu etməyib.