“Qarabağ”ın iki futbolçu “Kəpəz”lə oyunda zədələndi
- 27 Yan 2024 17:37
- 243
“Qarabağ” Misli Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdiyi matçı (2:1) say azlığında yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana çıxan Yasin Benzya 8 dəqiqə sonra zədələnərək görüşü davam etdirə bilməyib.
O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. Ağdam təmsilçisi 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün qarşılaşmanı 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb.
"Qarabağ"ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.