“Fənərbaxça” yarımmüdafiəçisi Alper Potukla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçunun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Alper 2013-cü ildə “Əskişəhərspor"dan "Fənərbaxça"ya transfer olunmuşdu. İstanbul klubu onun keçidinə görə qarşı tərəfə 6 milyon 250 min avro, həmçinin iki futbolçusunu vermişdi.

Xatırladaq ki, "Qarabağ" qışda Alper Potuku transfer etmək istəmiş, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu keçid reallaşmamışdı.