“Qarabağ”ın istədiyi futbolçuya qazaxlar da “elçi düşdü”
- 09 İyn 2020 16:00
- 600
“Qarabağ”ın Türkiyənin “1928 Bucaspor” klubundan Oğuz Aydını transfer etmək istədiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubu da 19 yaşlı yarımmüdafiəçiylə maraqlanır.
Bu barədə “Ajansspor” məlumat yayıb. Xəbərdə, “Qarabağ” və “Astana”nın Aydın üçün “1928 Bucaspor”a menecerlər vasitəsilə təklif göndərdiyi bildirilib.
Bu mövsüm 18 oyunda 2 qol vuran futbolçu ilə “Beşiktaş” və “Ankaragücü” də maraqlanır.