“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç cəzalı duruma düşüb.

Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyədə "Sivasspor"a qarşı keçirilən səfər matçının 53-cü dəqiqəsində sarı vərəqə alıb.

Bu, xorvatiyalı oyunçunun turnirdəki üçüncü xəbərdarlığı olub. Ozobiç bu səbəbdən növbəti turda “Sivasspor”la ev matçını buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" “Sivasspor”a bu oyunda 0:2 hesabı ilə məğlub olub. "Qarabağ" - "Sivasspor" qarşılaşması isə noyabrın 29-da baş tutacaq.