![photo](https://rekord.az/uploads/5/yassin-benzia-1-600x300.jpg)
“Qarabağ”ın legioneri Fransa klublarına keçməkdən imtina etdi
- 2024-04-02 21:00
- 137
"Qarabağ"ın futbolçusu Yassin Benzya Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.
Rekord.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvü özü məlumat verib.
O, "Qarabağ"da xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:
"Fransadan - Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".
29 yaşlı yarımmdafiəçi 2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.