“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinin heyətində növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveçlə matçın iştirakçısı olub.

O, səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları matçın ilk dəqiqələrindən meydanda olub. “Qarabağ”ın futbolçu bu görüşün əlavə olunmuş dəqiqələrində ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.