“Qarabağ”ın legioneri Nigeriya millisinə qarşı oynadı
- 08 Sen 2021 11:42
- 490
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində Nigeriyaya qarşı keçirilən oyunda iştirak edib.
28 yaşlı futbolçu komandasının start heyətində yer alıb və 77 dəqiqə meydanda qalıb. Oyun isə Kabo-Verdenin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.