"Qarabağ"ın legioneri Türkiyə klubuna təklif olunur
- 15 Mar 2021 16:00
- 648
«Qarabağ»ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç Türkiyə klublarına təklif olunub.
Rekord.az-ın məlumatına görə, Ağdam klubunun ötən yay «Kopenhagen»dən transfer hüququnu aldığı legioner Super Liqa təmsilçilərindən «Hatayspor»un maraq dairəsinə düşüb.
Balkanlı futbolçu Azərbaycan çempionu ilə mövsümlərarası fasilədə 2+1 illik müqavilə imzalayıb. 30 yaşlı orta sahə oyunçusu əsas heyətə düşməyə çətinlik çəkir.
Qurban Qurbanov serbiyalının üstündən birdəfəlik xətt çəkib. Matiç komandanın dəsti-xəttinə uyğun gəlmir, bu azmış kimi, özü də cəhd göstərmir. Müxtəlif vasitələrlə hiss etdirir ki, burada qalmaq ürəyincə deyil.
Amma bəllidir ki, ayrlıq prosesi bir «salam-sağol»la sürətlənməyəcək. Hər iki tərəfin öz öhdəliyi və şərtləri var.
«Qarabağ» Matiçi kifayət qədər böyük məbləğə transfer edib. Həm Danimarka klubuna, həm də serbiyalının özünə vəsait ödənilib.