"Qarabağ"ın legionerləri Azərbaycanı tərk etmək istəyir
- 27 May 2020 12:00
- 1086
«Qarabağ»da forma geyninən legionerlərin bir neçəsi Qurban Qurbanova müraciət edib.
Rekord.az xəbər verir ki, onlar iyunun ortasında baş məşqçiyə Azərbaycanı tərk etmək istədiklərini bildiriblər.
Burada birdəfəlik ayrılıqdan söhbət getmir. Əcnəbi futbolçular yayın ilk ayını ailələri ilə birgə istirahət edərək keçirmək fikrindədir. Legionerlər avqustda start götürməsi planlaşdırılan avrokuboklara psixoloji cəhətdən hazırlaşmaq üçün bu qərara gəldiklərini söyləyib.
Qurbanov komandasının üzvlərinə bir qədər gözləməyi məsləhət görüb. O, gələn ayın əvvəlindən etibarən kollektiv məşqlərə başlamalarına icazə verilməsinin gözlənildiyini bildirib. (sportinfo.az)