"Qarabağ"ın məşqçiləri çətinliklə üzləşib.

Rekord.az xəbər verir ki, buna səbəb klubun tərcüməçisi Elvar Quliyevin koronavirusa yoluxmasıdır.

Karantinə alınan və evdə müalicə alan Quliyev məşqlərdə iştirak edə bilmir. Buna görə də məşq və oyunlar zamanı legioner futbolçularla ünsiyyətin qurulmasında müəyyən çətinliklər yaranır. Lakin məşqçilər korpusu ingilis dilini bilən futbolçuların hesabına vəziyyətdən çıxmağa çalışır.