“Qarabağ”ın növbəti ÇL matçı qazax hakimlərə tapşırıldı
- 19 Avq 2020 17:00
- 561
“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, UEFA artıq “köhlən atlar”ın 2-ci təsnifat mərhələsindəki matçının hakimlərini açıqlayıb.
“Qarabağ”ın növbəti mərhələdəki oyununu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Furkat Atajanov olacaq. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.
“Qarabağ” növbəti mərhələdəki matçı avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.
Bu gün keçiriləcək “Şerif” – “Fola Eş” matçı isə saat 22:00-da başlayacaq.