"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Olimpiya" ilə cavab qarşılaşmasını yayımlayacaq kanalın adı məlum olub. "Rekord.az" xəbər verir ki, bu CBC Sport kanalı olacaq.

 

İdman TV-nin ilk matçda oyunu canlı yayımlaya bilməməsi, efiri yalnız 70-ci dəqiqədən bərpa edə bilməsi böyük səs-küyə səbəb olmuş, kanal və klub arasında münasibətlərin korlanmasına gətirib çıxarmışdı. Bunun nəticəsidir ki, cavab qarşılaşmasının yayım hüququ dövlət televiziyasında yox, CBC Sport kanalında yayımlanacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanacaq "Qarabağ" - "Olimpiya" matçı avqustun 31-i, saat 20:00-da başlayacaq.