“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin” (Şotlandiya) ev oyunlarını keçirdiyi “Pittodri” stadionunu vaksinasiya mərkəzi edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu gündən etibarən arenada koronavirusa qarşı peyvəndləmə məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilib.
 
Qeyd edək ki, “Aberdin”lə “Qarabağ” arasındakı ilk matç avqustun 19-da Bakıda keçiriləcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.