![photo](https://www.rekord.az/storage/uploads/5/9c8aacc4-6e30-3725-a348-d8b0fd26adec-850.jpg)
“Qarabağ”ın oyunu ikinci, "Qalatasaray"ın matçı birinci oldu
- 03 Avq 2023 10:21
- 261
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Rekord.az xəbər verir ki, 12 matçı ümumilikdə 219 366 tamaşaçı izləyib.
Ən çox fanat “Qalatasaray” (Türkiyə) - “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb. Türkiyə klubunun 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 41 505 tərəfdar olub.
“Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.
“Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HJK olacaq.