Misli Premyer Liqasında 3-cü turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.

“Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.

Misli Premyer Liqası
3-cü tur

19 avqust

Şamaxı - Səbail
Şamaxı şəhər stadionu, 16:30.

20 avqust

Sabah - Neftçi
“Bank Respublika Arena”, 20:30.

21 avqust

Kəpəz - Qəbələ
Qəbələ şəhər stadionu, 18:00.

Zirə - Sumqayıt
“Dalğa Arena”, 20:30.