Bakıda "Qarabağ" və Fransanın "Olimpik” (Lion) komandaları arasında arasında keçiriləcək UEFA Avropa Liqasının 5-ci tur matçına indiyədək 13000 bilet satılıb.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.


Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.


Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.