Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçisində keçiriləcək “Qarabağ” - "Şamaxı" oyununun biletləri bu gün saat 13:00-dan etibarən satışdadır.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Oktyabrın 27-də baş tutacaq oyundan öncə qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.