“Qarabağ”ın oyununa biletlər sabahdan satışa çıxarılır
- 02 Noy 2023 18:30
- 310
Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabahdan etibarən iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.